Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Böyük Qayıdış” artıq başlayıb

0

  •      Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistana təzyiq göstərməməsi işğalçı ölkədə cəzasızlıq mühiti yaradıb. Məhz bu cəzasızlıq nəticəsində düşmən ölkə   mütamədi olaraq Azərbaycana hücum edir, dinc əhalini hədəf seçir, şəhərləri və kəndləri dağıdır. Sonuncu münaqişənin qurbanları arasında dinc sakinlər, o cümlədən uşaqlar da var. Təcavüzkar Ermənistanın dinc əhaliyə hücumu Azərbaycanın səbir kasasını dolduran son damla oldu.  Sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanımızın əmri ilə işğal edilmiş tarixi torpaqlarımızın geri qaytarılması üçün düşmən üzərinə əks-hücuma keçərək təcavüzkar ölkəyə ciddi zərbələr endirdi və işğal altındakı ərazilərin bir qismini azad etdi. Hazırda ərazilərimizin düşməndən təmizlənməsi istiqamətində əməliyyatlar uğurla davam edir. İşğalçı ölkənin təxribatlarına cavab verən Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına əsasən, beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində, öz torpağında rəşadətlə vuruşur. Azərbaycan Ordusu gücü sayəsində işğal altındakı torpaqları azad etdi.   Qayıdışın birinci addımı yoldur. Hələ ötən ilin oktyabr ayından Tərtər rayonundan Suqovuşana gedən yeni yolun çəkilişinə başlanılıb. Başqa bir yol isə Göygöl rayonunun Toğanalı kəndi istiqamətindən Kəlbəcərə çəkilir. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonlarına qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib. Prezident İlham Əliyevin yol infrastrukturunun yaradılması ilə bağlı başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədədir. Hələ ötən il noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi. Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu.    Azərbaycan dövləti Qarabağda artıq infrastruktur qurur, “Böyük Qayıdış” proqramı çərçivəsində mühüm işlər həyata keçirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndidə ağıllı kənd lahiyyəsi icra edilib. Bir çox vətandaşlarımız öz dədə baba yurdalrına köç ediblər.Bununla yanaşı bir çox lahiyyələr icra edilib.Fizulidə Hava limanı istifadəyə verilb.Bu göstəricilər Azərbaycan dövlətinin gücünün bəhrəsidir.Hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə eyni zamanda irimiqyaslı tikinti-bərpa işləri sürətlə gedir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İşğaldan azad edilmiş bütün ərazilərimizin əvvəlki simasının özünə qaytarılması üçün atılan addımlar hər birimizi qürurlandırır. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu bir daha təsdiqləyir.       Vüqar İsmayılov,     YAP Xocalı rayon təşkilatın əməkdaşı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib35 dəfə
    “Böyük Qayıdış” artıq başlayıb

    Maraqlı gələ bilər
    29